NAMAZ VAXTLARI:
  • FƏCR 03:38
  • GÜN 05:18
  • ZÖHR 12:37
  • ŞAM 20:16
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

AİP sədri Hacı Mövsüm Səmədov azadlığa çıxan məhbusları təbrik etdi

Oxundu: 232
AİP sədri Hacı Mövsüm Səmədov azadlığa çıxan məhbusları təbrik etdi

Azərbaycanımızın dünyada, xüsusən müsəlman aləmində, yaxşı olmayan nümunələrindən biri, əhalisinin on milyon olmasına baxmayaraq, yüzdən artıq siyasi, vicdan və əqidəsinə görə ittiham olunaraq həbs edilmiş məhbus sayıdır.

 

Təəssüflər olsun ki, onların içərisində İslam dəyərlərini müdafiə edən hicab, namaz məhbusları da vardır. Xalqımızın maraq və mənafeyini düşünən, dinimizin inkişafı və müdafiəsində əqidəsindən dönməyən, insan azadlığı və demokratik prinsipləri tələb edən insanların müxtəlif saxta ittihamlarla həbs edilməsi, düşünürəm ki, dövlətə və xalqa xidmət sayıla bilməz. Tez ya gec bu insanların haqqı özlərinə, ailələrinə qaytarılmalıdır. Bu ilin Novruz bayramı ərəfəsində bir neçə siyasi, vicdan məhbusunun, ruhani alimlərin və dini cameədən olan möminlərin azadlığa qovuşması xəbəri, hər kəsi olduğu kimi, bizi də sevindirdi. Mən, ilk növbədə, ailələrinə qovuşan həmin qardaşları salamlayır, bütün möminlərə və möminə bacılarımıza bu münasibətlə təbriklərimi çatdırıram.

 

Əlbəttə, hesab edirəm ki, azadlıq onların haqqı, müsəlman xalqımızın istək və arzusudur. Onlar siyasi və dini əqidələrinə möhkəm bağlı olduqları üçün Allahın təqdiri nə isə, ona qail və tabedirlər. Bu mənada mübariz insanlar üçün məhbus və ya qeyri-məhbus olmalarının fərqi yoxdur. Çünki belə insanlar Böyük Yaradan qarşısında təslim olduqlarına görə, həmişə azaddırlar. Mən ailələrinə qovuşan, onların mənəvi iztirablarına son qoyaraq doğma ocaqlarına qayıdan qardaşlarımızı bir daha təbrik edir, onlara sabitqədəm olmağı arzulayır, gələcək fəaliyyətlərində uğurlar diləyirəm.

 

İslaminSesi.info

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system