NAMAZ VAXTLARI:
  • FƏCR 05:00
  • GÜN 06:22
  • ZÖHR 12:36
  • ŞAM 19:06
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

AİP Qadınlar Şurasının təşkilatçılığı ilə Qədir-Xum bayramı qeyd olunub - Foto

Oxundu: 218
AİP Qadınlar Şurasının təşkilatçılığı ilə Qədir-Xum bayramı qeyd olunub - Foto

AİP Qadınlar Şurasını və inanclı xanımların birgə Qədir-Xum bayramını qeyd ediblər.

 

“İslaminSesi” xəbər verir ki, İslam Partiyası Qadınlar Şurasının təşkilatçılığı ilə bayram tədbiri təşkil olunun. Tədbirdə müxtəlif təşkilatlardan inanclı xanımlar iştirak edib.

 

Tədbiri giriş sözləri ilə açan İslam Partiyası Qadınlar Şurasının sədri, Əsgər Analarına Dəstək İctimai Birliyinin təşkilatçısı və rəhbəri Növrəstə İbrahimova öncə zəmanə İmamını (ə.f) , sonra isə bütün müsəlmanları və tədbir iştirakçılarını təbrik edib. Qədir-Xum günün siyasi və ictimai əsaslarına toxunan Növrəstə xanım insanların özlərinə rəhbər, öndər seçiminin əhəmiyyətindən danışıb:

 

“İslamın ən böyük bayramı, müqəddəs Qədir-Xum bayramı münasibəti ilə başda zəmanənin imamı Sahibəz-zaman (ə.c.f) və dünyada olan insanlığın, azadlığın, ədalətin tərəfdarlarını təbrik edirəm. Bu bayram İslami bayramların hamısından üstün və böyükdür, çünki burada Allah Quran ayəsi ilə Öz peyğəmbərinə (s) özündən sonra ümmət (xalq) üçün rəhbər təyin etməsini təkrarla, təkidlə vacib buyurur.

Yəni xalqın talei Allah üçün çox önəmlidir və onun tale və müqəddəratı elmli, imanlı, insaflı, ədalətli bir rəhbərin öhdəsinə verilməlidir. Əks təqdirdə xalq fəlakət uçrumuna yuvarlanar. Bir sözlə Qədir-Xum rəhbər seçimi və bu seçimdə haqq rəhbərlə beyət, həmin beyəti heç bir zaman unutmamaq, belə bir böyük və möhtəşəm rəhbər seçimini hər il təqdirə layiq qeyd etmək, haqq rəhbəri ilə beyəti təzələmək və əhdə vəfalı olmağın mesaj nişanəsidir.

 Bayramınız mübarək olsun əziz haqq sevərlər!”

 

Tədbirdə iştirak edən inanclı xanımlarda öz növbəsində hər kəsi təbrik edərək Qədir-Xum gününün mahiyyətindən və günümüzdəki mühüm özünəməxsus yerindən danışıblar.

 

 

 

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system