AİP Qadınlar Şurası İslam peyğəmbərinin (s) və İmam Sadiq (ə)-ın mövludunu qeyd etdi (Foto)

Oxundu: 193
AİP Qadınlar Şurası İslam peyğəmbərinin (s) və İmam Sadiq (ə)-ın mövludunu qeyd etdi (Foto)

16 noyabır 2019 cu il tarixində Allahın sonuncu elçisi olan Muhəmməd peyğəmbərin (s) və İmam Sadiq (ə)-ın mövludu tən-tənəli şəkildə qeyd olundu.

 

 İslaminSesi bildirir ki, keçirilən məclis Azərbaycan İslam Partiyası Qadınlar Şurası, "Əsgər analarına dəstək" İB, "Fatimə" (s) heyəti, "Qələmin sədası" Ədəbi Birliyin birgə təşkilatçılığı ilə təşkil edilmişdir.

 

Bu möhtəşəm məclis "Vəhdət həftəsi", Peyğəmbərimizin (s.a)  və imam Cəfəri Sadiqin (ə) mövludu barədə geniş məlumatlı çıxışlar, maraqlı hədis və Quran ayələri ilə müşayiət olundu. Eyni zamanda gözəl şeirlər və ilahi nəğmələrlə davam edən məclis Rəsuli Əkrəmin (s.ə) adına bişirilən tort və çay süfrəsi ilə daha da zinətləndirildi.

 

Məktəblilərin  ifasında Peyğəmbərimiz, İmamımız və həmçinin doğma Vətənimiz haqqında rəngarəng şeir və sürutlarla davam edən məclis, sonda Ölkəmizin bütövlüyü, xalqımızın vəhdəti, dünyamızın əmin-amanlığı üçün olunan dualarla sonlandı. Beləcə, "Vəhdət həftəsi"nin bugünkü məclisi Quran tilavətiylə başlayıb "Fərəc" duası ilə sona çatdı.

 

Allah-Təala bütün iştirakçılara və zəhməti olanlara Öz Sevimli Peyğəmbərinin (s.ə) şəfaətini nəsib etsin, İnşaAllah.

 

 

 

 

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system