NAMAZ VAXTLARI:
  • FƏCR 05:37
  • GÜN 06:57
  • ZÖHR 12:25
  • ŞAM 18:10
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 843 2533
HAVA PROQNOZU:

İSLAM

Oxundu: 311
AİP Məhərrəm ayının gəlişi ilə bağlı xalqımıza bərəkətli günlər arzuladı

AİP Məhərrəm ayının gəlişi ilə bağlı xalqımıza bərəkətli günlər arzuladı

Azərbaycan İslam Partiyası Məhərrəm ayının gəlişi münasibətilə xalqımıza iman kamilliyi, keçirəcəkləri əza məclislərinin bərəkətini, Allahdan mərhəmət diləyib

İslaminSesi.info - Bu axşam məğrib azanında hicri-qəməri təqvimi ilə Məhərrəm ayı daxil olur. Məhərrəm ayı İslam qəməri ilinin birinci ayıdır. Amma bu ay həm də Qurani-Kərimdə yüksək dəyərləndirilir. İslam tarixində Məhərrəm ayının əsas əlamətlərindən biri həmin ayın onuncu günündə Kərbəlada baş verən Aşura hadisəsidir. 

 

1400 il əvvəl baş vermiş, amma hər il xatırlanan İmam Hüseynin(ə) zülmə qarşı üsyanı və şəhadətə yetirilməsi təkcə İslam aləmində deyil, dünyanın bir çox qütblərində insanlar bu müsibəti acı göz yaşları ilə, əzadarlıqla yad edir, İmama sevgi və hədsiz məhəbbətlərini göstərirlər. Dövrümüzün son yüzilliklərində hətta müsəlman olmayan xilqətlər İmam Hüseyni azadlıq simvolu kimi görərək və Aşuranın fəlsəfəsini dərk etməklə milli azadlıqlarına qovuşmuşlar. Bu isə Aşuranın mühüm olan mahiyyətini, insanlıq üçün nə qədər yüksək mənəvi, elmi-psixoloji , bəşəri dəyər daşıdığını bütün cəhətlərilə sübut edir.


İslam müxalifləri bir çox hiylə və təzyiqlərlə Aşuranın hər il xatırlanmasına, kütləvi hərəkat şəklində zülmə, zalıma nifrət və qəzəb hissinin coşqusuna mane olmağa çalışsalar da buna heç zaman nail ola bilməmişlər. Əminik ki, İmam Hüseynə istər müsəlman, istərsə də qeyri-müsəlmanların köksündə olan sevgi və eşqini heç bir qüvvə söndürə, zəiflədə bilməz. Çünki Aşura xeyrin şər üzərindəki qələbəsi, zalıma və zülmə qarşı qələbə, nəhayət Aşura İslamın qələbəsidir.


Əziz, heç zaman unudulmaz əza ayı-Məhərrəm ayının gəlişi münasibətilə öncə zəmanəmizin İmamı İmam Zaman (ə.f.ş.)-ə təsliyyət ərz edir, xalqımıza Allahdan iman kamilliyi, İmam üçün keçirəcəkləri əza və hüzn məclislərində bərəkətli anlar, uca Yaradanın şəfgət və mərhəmətini diləyirik.

Azərbaycan İslam Partiyasının sədr əvəzi Hacı İlham Əliyev
21.09.2017

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR İSLAM XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system