NAMAZ VAXTLARI:
  • FƏCR 06:08
  • GÜN 07:33
  • ZÖHR 12:26
  • ŞAM 17:38
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 843 2533
HAVA PROQNOZU:

SİYASƏT

Oxundu: 205
 AİP İranda baş vermiş zəlzələ ilə bağlı başsağılığı verdi

AİP İranda baş vermiş zəlzələ ilə bağlı başsağılığı verdi

Azərbaycan İslam Partiyası baş vermiş zəlzələ nəticəsində çoxsaylı insan tələfatı ilə əlaqədar İran xalqına başsağlığı verib

Partiyanın mətbuat xidmətindən “İslaminSesi”nə daxil olan başsağlığı müraciətində deyilir:

 

“İran İslam Respublikasının Ali Dini Rəhbəri, Ayətullahül-üzma, mərceyi-təqlid, əziz Seyid Əli Xamenei Cənabları! Baş verən zəlzələ nəticəsində İranın Kermanşah, Qəsri Şirin və İlam şəhərlərində çoxsaylı insan tələfatı ilə əlaqədar sizə, dağıntılarda həlak olan insanların ailələrinə, bütün İran xalqına təsliyyət ərz edirik.
Qardaş İran xalqına baş verən faciə bizləri də ciddi kədərləndirdi, məyus etdi. Zəlzələ nəticəsində həlak olanlara Allahdan rəhmət diləyirik. Yaralanan, faciə nəticəsində xəsarət alan insanlara tezliklə sağalmağı diləyirik.


Azərbaycanın müsəlman xalqı olaraq bu kədərli günlərin acısını birlikdə yaşayır və daşıyırıq. İnanırıq ki, əzəmətli, iradəli və əzmkar İran xalqı baş vermiş bu acını mərdliklə və tez bir zamanda dəf edəcək, Ağır yaranı az bir zamanda sağaldacaq və öz uğurlu inkişaf yoluna davam edəcək. Əminik ki, zəlzələ faciəsi xalqınızı sarsıtmayacaq, onun nikbin vüqarını əyməyəcək.

 

Zəlzələdə həlak olanlara Allahdan bir daha rəhmət diləyir, yaralanan və xəsarət alanların tezliklə sağalmasını arzulayırıq.

 

Azərbaycan İslam Partiyasının sədr əvəzi, Hacı İlham Əliyev

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR SİYASƏT XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system