NAMAZ VAXTLARI:
  • FƏCR 05:37
  • GÜN 06:57
  • ZÖHR 12:25
  • ŞAM 18:10
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 843 2533
HAVA PROQNOZU:

ÖLKƏ

Oxundu: 2241
AİP-in 25 illik yubiley tədbirinin qarşısı polis zorakılığı ilə alındı: FOTO -VİDEO

AİP-in 25 illik yubiley tədbirinin qarşısı polis zorakılığı ilə alındı: FOTO -VİDEO

Azərbaycan İslam Partiyasının (AİP) 25 illik yubiley tədbirinin keçirilməsi baş tutmayıb.

 

İslaminSesi xəbər verir ki, buna səbəb yubiley tədbirinin keçiriləcəyi “Kəmalə Nərmin” restoranının qarşısına yüksək rütbəli polis əməkdaşlarının və qüvvələrinin yeridilməsi olub.

 

Belə ki, tədbirin başlanmasına sayılı dəqiqələr qalmış əraziyə cəlb olunan polis qüvvələri restoranın qapısını bağlatdıraraq gələn qonaqların içəri daxil olmasına imkan verməyib. Bununla yanaşı partiya funksionerlərini, komitə rəhbərlərini, eləcə də digər qonaqları ərazidən uzaqlaşdırıblar.

 

Görülən bütün tədbirlərə baxmayaraq yubiley mərasiminin keçiriləcəyi əraziyə gələn AİP-in sədr əvəzi Hacı İlham Əliyev mediaya açıqlama verib. O, bildirib ki, hökumət tərəfindən partiyanın 25 illiyinin keçirilməsinə qarşı qoyulan qadağa heç bir qanuna sığmır: “ Bu qadağa ölkədə elan olunan “İslam Həmrəyliyi ili” ilə heç bir vəhdət təşkil etmir”.

Daha sonra polis qüvvələri kütləni zorla dağıtmağa başlayıb.

 

Edilən açıqlamada guya restoranın su sisteminə zəhərli maddə qatıldığı haqda hüquq mühafizə orqanlarına məlumat daxil olduğu, bu səbəbdən də tədbirin keçirilməsinə icazə verilmədiyi bildirilib. Hətta tədbirin keçirilməsinə bir neçə saat qalmış, AİP rəhbərliyinə bu haqda məlumat verildiyi də açıqlanıb. Lakin partiya rəhbərliyi bütün bunları cəfəngiyyat adlandırıb və tədbirin keçirilməsinə hökumət tərəfindən qadağa qoyulduğunu vurğulayıb.

 

Qeyd edək ki, ərazidə çəkiliş aparan media mənsublarına qarşı da polis tərəfindən kobudluq edilib, onlara qarşı təhqiramiz ifadələr işlədilib və vəzifə borclarını yerinə yetirmələrinə ciddi maneələr yaradılıb.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system