NAMAZ VAXTLARI:
  • FƏCR 03:40
  • GÜN 05:20
  • ZÖHR 12:37
  • ŞAM 20:14
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

AİP zəmanə İmamının (ə.f) mövludu münasibətilə xalqımızı təbrik etdi

Oxundu: 409
AİP zəmanə İmamının (ə.f) mövludu münasibətilə xalqımızı təbrik etdi

Azərbaycan İslam Partiyası İmam Mehdi Sahib əz-Zaman (ə.f) mövludu münasibətilə xalqımıza və dünya müsəlmanlarına təbrik ünvanlayıb.

 

 "İslaminSesi"nə bu barədə qurumun mətbuat xidmətindən daxil olan təbrikdə deyilir:

 

Bu gün dünya müsəlmanlarının böyük bayramı- on ikinci imamımız İmam Mehdi Sahib əz-Zaman (ə.f)-nin mövludu günüdür. Bu əlamətdar və əzəmətli bayram münasibətilə başda vəliyi-fəqih, mərceyi-təqlid, dünya müsəlmanlarının dəyərli lideri Seyid Əli Xamenei Cənabları olmaqla dünyanın tərəqqisevən şəhidpərvər müsəlmanlarını və gələcəyə böyük ümidi olan əziz Azərbaycan xalqını səmimi qəlbdən təbrik edirik.

 İmam Mehdi (ə.f) hicri-qəməri təqvimi ilə 255-ci ilin Şəban ayının 15-də Samira şəhərində müsəlmanların on birinci imamı Həsən Əsgəri (ə)-ın ailəsində dünyaya gəlib. İmam Həsən (ə) şəhadətə yetişəndə o Həzrətin (ə.f) beş yaşı tamam idi. Atasının meyit namazını Özü qıldı.

Bundan sonra isə İmamın (ə.f) qeyb dövrü başlayıb. Allah təalanın ən böyük möcuzələrindən biri də məhz İmam Mehdinin (ə.f) günümüzə qədər qeybdə ömür sürməsidir. Müqəddəs Qurani-Kərimdə vəd edildiyi kimi, İmamın nə zaman zühur edəcəyi heç kəsə bəlli deyil.

Hədislərdən birində əziz İslam Peyğəmbəri (s) belə buyurur: “Mənim ümmətimin ən üstün əməli fərəc intizarında olmaq və Allahdan onun baş verməsini istəməkdir.”

Bu özlüyündə İslam dinində və müsəlman dünyasında intizar mədəniyyətinin əsasını qoydu. İslamda intizar fəlsəfəsi mahiyyəti etibarı ilə haqqın dirçəlişi və batilin məhvi kimi dərin bir məntiqə bağlıdır ki, buna bütün peyğəmbərlər iman gətirib və hikmətli kəlamlarındatəsdiq edilər.

İntizar mədəniyyəti müsəlman xalqımızın da mənəviyyatına həyat tərzinə və şüuruna hopmuşdur. Əhli-beyt (ə) əqidəsinə görə dünya, bəşəriyyət haqqa, ədalətə hamilədir. Düşünürük və əminik ki, müsəlmanlara, zəif dövlət və xalqlara zülmün, təcavüzün sonu olmalıdır, həm də bu son yetişməkdədir. İstilaçılıq, qəsbkarlıq, o cümlədən öz xalqına zülm siyasəti yürüdən hökmdarlar Yaradanın hikmətindən və cəzasından yan keçə bilməyəcəklər. Allahdan bu fərəc intizarımızı tezləşdirməyi diləyir, Sizləri bir daha əlamətdar gün, əzəmətli mövlud bayramı münasibətilə bir daha təbrik edir, hər kəsə bu zühurun şahidliyini arzulayırıq.”

 

Hacı İlham Əliyev, Azərbaycan İslam Partiyasının sədr əvəzi

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system