AİHM İslam Partiyasının liderinin hüquqlarının pozulmasını tanıyıb

Oxundu: 522
AİHM İslam Partiyasının liderinin hüquqlarının pozulmasını tanıyıb

Dekabrın 12-də Avropa İnsan Hüquqları Məhkəməsi İslam Partiyasının lideri, mühakimə edilmiş Mövsüm Səmədovun şikayəti üzrə qərarı elan edib.

 
İslaminSesi xəbər verir ki, Strasburq məhkəməsi qərara alıb ki, 2011-ci ildə M.Səmədovun həbsi Avropa İnsan Hüquqları Konvensiyasında zəmanət verilmiş hüquqların pozulması ilə müşayiət olunub.
 
AİHM qərara alıb ki, M.Səmədovun həbsinin əsl səbəbi onun 2011-ci ilin yanvarında partiyanın tədbirində etdiyi çıxışıdır. Belə ki, çıxış zamanı o,  məktəblərdə hicab taxmağa qadağaya görə hakimiyyəti kəskin tənqid edib və əhalini etiraz etməyə çağırıb.
 
Öncə M.Səmədov “polisə tabe olmamağa” görə inzibati qaydada həbs edilib. Həbs müddəti bitdikdən sonra ona qarşı terrorizm, qanunsuz silah saxlamaq, konstitusiya quruluşunu zorla dəyişdirmək cəhdi kimi ittihamlar irəli sürülüb.
 
M.Səmədovun günahına yetərincə sübut olamasa da məhkəməyə qədər həbs edilib.
 
Avropa məhkəməsi müəyyən edib ki, yerli məhkəmələr M.Səmədovun azadlıq və şəxsi toxunulmazlıq, ədalətli məhkəmə araşdırması hüququnu pozublar.
 
Strasburq məhkəməsi M.Səmədova ümumi məbləği 4 min avro kompensasiya ödənilməsini qərara alıb. Hüquq müdafiəçiləri M.Səmədovu siyasi məhbus kimi tanıyıblar.
 
turan

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system