NAMAZ VAXTLARI:
  • FƏCR 04:29
  • GÜN 05:57
  • ZÖHR 12:44
  • ŞAM 19:48
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

ÖLKƏ

Oxundu: 262
Ağsuçayın beton layları uçdu, evlərdə təhlükə yarandı

Ağsuçayın beton layları uçdu, evlərdə təhlükə yarandı

Ağsuçayın Ağsu rayonu ərazisindən keçən hissəsində daha bir təhlükə yaranıb.

"İslaminSesi.info" bildirir ki, bu barədə Ağsu rayon İcra Hakimiyyətindən məlumat verilib.

 

Məlumatda bildirilir ki, çayın rayonun "20 yanvar" küçəsindən keçən hissəsində beton laylar qopub. Nəticədə çay həmin küçədəki evlərə təhlükə yarada bilər: "Həmin ərazi bir-neçə il əvvəl betonlanmışdı. Lakin, son vaxtlarda yağıntının miqdarının çox olmasından çay məcrasından çıxaraq rayon ərazisində bir neçə evə təhlükə yaratdı. Bunun qarşısını almaq üçün çayın məcrasını dəyişdik, həmin evlərə yaranan təhlükənin qarşısını aldıq. Məsələ ilə bağlı "Meliorasiya və Su Təsərrüfatı" Açıq Səhmdar Cəmiyyətinə müraciət edib və problemin qarşısının alınmasını xahiş etmişik".

 

Xatırladaq ki, bir müddət əvvəl Ağsuçay daşaraq çayın kənarındakı bəndləri yumuşdu. Bu da çay kənarında yerləşən evlərə təhlükə yaratmışdı.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system