NAMAZ VAXTLARI:
  • FƏCR 03:35
  • GÜN 05:19
  • ZÖHR 12:46
  • ŞAM 20:32
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Azərbaycanda dəhşətli hadisə: Bazara girib, 8 nəfəri güllələdi, 4-ü öldü - FOTO

Oxundu: 1709
Azərbaycanda dəhşətli hadisə: Bazara girib, 8 nəfəri güllələdi, 4-ü öldü - FOTO

Ağstafa rayonunda bazarda keçmiş məhkum üç nəfəri güllələyərək qətlə yetirib.

İslaminSesi - "Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə rayonun Böyük Kəsik kəndi ərazisində qeydə alınıb.  

 

Belə ki, həbsdən yenicə çıxmış şəxs bazarda atəş açaraq 8 nəfəri güllələyib. Nəticədə ana və iki övladı, eləcə də orada satıcı işləyən şəxs hadisə yerində ölüb. Yaralılar Ağstafa Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib, onlardan birinin vəziyyəti ağırdır. 

 

Hadisəyə nəsillər arasında uzun illərdir mövcud olan qan davasının səbəb olduğu bildirilir. 

 

Güllələnmə nəticəsində yaralananların adları məlum olub. 

 

"Report"un yerli bürosunun məlumatına görə, bunlar 1964-cü il təvəllüdlü Lilpar Baba oğlu Əhmədov, 1999-cu il təvəllüdlü İbrahim Rasim oğlu Abdullayev, 1951-ci il təvəllüdlü Nüsrət Məhəmməd oğlu İsayev və 1961-ci il təvəllüdlü Rəsul Abbas oğlu Həsənovdur. 

 

Onların əksəriyyəti ayaqlarından güllə yarası alıblar.

 

Faktla bağlı araşdırma aparılır. 

 

 

 

 

 

 

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system