Ağdaşda qadın, Tərtərdə körpə öldü - Növbəti həkim səhlənkarlığı

Oxundu: 75
Ağdaşda qadın, Tərtərdə körpə öldü - Növbəti həkim səhlənkarlığı

Ağdaşda qadın əməliyyatdan sonra ölüb.

İslaminSesi xəbər verir ki, hadisə Ağdaş Mərkəzi Rayon Xəstəxanasında qeydə alınıb. Rayon sakini, 1981-ci il təvəllüdlü Sevda Firuz qızı Musayevanın üzərində uşaqlığın götürülməsi əməliyyatı aparılıb. Əməliyyatdan sonra qadının səhhəti pisləşib və o dünyasını dəyişib.

 

Faktla bağlı Ağdaş rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

 

Daha bir ölüm hadisəsi isə Tərtərdə baş verib.

 

Belə ki, hadisə Tərtər Mərkəzi Rayon Xəstəxanasında qeydə alınıb. Rayonun Borsunlu kənd sakini, 1997-ci il təvəllüdlü İlahə Eldar qızı Axundova doğuş məqsədi ilə xəstəxanaya daxil olub. Doğuş zamanı körpə ölüb.

 

Faktla bağlı Tərtər rayon Prokurorluğu tərəfindən araşdırma aparılır./APA/

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system