NAMAZ VAXTLARI:
  • FƏCR 03:47
  • GÜN 05:28
  • ZÖHR 12:47
  • ŞAM 20:25
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

DÜNYA

Oxundu: 121
Ağdamda yük maşını yanıb

Ağdamda yük maşını yanıb

Ağdamda ot bağlaması daşıyan yük maşını yükü ilə birlikdə yanıb.

 

İslaminSesi APA-nın yerli müxbirinin xəbərinə istinadən bildirir ki, hadisə rayonun Eyvazlı kəndində baş verib. 

 

Seymur Rəhimovun idarə etdiyi QAZ-53 markalı maşınındakı ot bağlamalarına od düşüb. Sürücü maşını yanğından xilas etməyə çalışsa da, alovu söndürə bilməyib. Hadisə yerinə cəlb olunan yanğınsöndürənlər alovun qarşısını alıblar. Alov söndürülsə də,  avtomobil yararsız hala düşüb.

 

Hadisə şahidlərinin sözlərinə görə, yanğına elektrik naqillərinin yük maşınındakı ot bağlamalarına toxunması olub. Faktla bağlı araşdırma aparılır.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system