NAMAZ VAXTLARI:
  • FƏCR 06:29
  • GÜN 07:56
  • ZÖHR 12:36
  • ŞAM 17:34
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Ağcabədidə mağazadan 13 mobil telefon oğurlayan şəxs tutuldu

Oxundu: 377
Ağcabədidə mağazadan 13 mobil telefon oğurlayan şəxs tutuldu

DİN-in “102-Zəng Mərkəzi” Xidmətinə Ağcabədi şəhəri ərazisindəki telefon satışı mağazalarının birindən oğurluq edilməsi barədə müraciət daxil olub.

"İslaminSesi.info" bildirir ki, DİN-dən verilən məlumata görə, Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib və həmin mağazadan 13 ədəd mobil telefonun oğurlandığı müəyyən edilib.

 

Faktla bağlı cinayət işi başlanılıb.

 

Əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən şəxs qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb. Araşdırmalarla onun Abşeron rayon sakini Qurbanəli Əsgərzadə olduğu, oğurladığı mobil telefonların çoxunu satdığı müəyyən edilib. Mobil telefonlardan 2-si maddi sübut kimi ondan götürülüb.

 

Ağcabədi RPŞ-də araşdırma aparılır.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system