NAMAZ VAXTLARI:
  • FƏCR 05:36
  • GÜN 06:56
  • ZÖHR 12:25
  • ŞAM 18:11
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Adnan Oktar barədə Türkiyə rəhbərliyinə son 2 ayda 444 dəfə şikayət edilib

Oxundu: 9381
Adnan Oktar barədə Türkiyə rəhbərliyinə son 2 ayda 444 dəfə şikayət edilib

Türkiyəli vətəndaşlar ölkədə yayımlanan A9 kanalında "Adnan hoca" kimi tanıdılan Adnan Oktarın apardığı əxlaqsız proqramlar barədə son 2 ay yarımlıq müddət ərzində Radio Televizaya Ali Şurasına (RTÜK) 444 dəfə şikayət edilib.

Kanal Adnan Oktara məxsusdur. İslamı təbliğ etdiyi iddiası ilə yayımlanan əxlaqsız proqramın adı isə "Adnan Oktar ile Sohbetler"-dir.

 

İslaminSesi.info "Anadolu"-ya istinadla xəbər verir ki, vətəndaşlar tərəfindən edilən şikayətlərin 190-ı RTÜK-üç veb saytı, 135-i çağırış xətti, 113-ü e-dövlət və 6-sı isə RTÜK Mobil tətbiqi vasitəsilə edilib.

 

Vətəndaşlar Adnan Oktarın verilişlərindən duyduqları narahatlıqlarını həmçinin Prezident Rabitə Mərkəzi (CİMER) və Baş Nazirin Rabitə Mərkəzinə (BİMER) də 22 dəfə bildiriblər.

 

Şikayətlərə "Ümumi əxlaq, mənəvi dəyərlər ilə ailənin qorunması prinsipinə ziddiyyət"; "Kanal bağlansın/sanksiya tətbiq edilsin"; "Dil, din, irq, rəng, cinsiyyət, məzhəb" fərqlərinə qarşı arqumentlər; birbaşa Adnanın şəxsən özünə qarşı; eyş-işrət və ədəbsizliklə bağlı; uşaq və gənclərin inkişaflarına mənfi təsir etmə; yayımların gender bərabərliyinə zidd olması barədədir.

 

Adnan Oktar

 

RTÜK isə vətəndaşların şikayətləri barədə araşdırma aparıb və bildirib ki, şikayətə səbəb olan görüntülər A9 peyk kanalı ilə deyil, qurumun nüfuz dairəsinin xaricində olan YouTube və sosial şəbəkələr vasitəsilə "A9" loqosu qoyularaq yayımlanır. TV kanalından isə RTÜK-ün sanksiyasına məruz qalacaq məzmundakı proqramlardan çəkinilir.

 

Hazırda internet mühitinə qarşı nəzarət etməyən RTÜK isə bu səbəbdən yüzlərlə şikayət verilən və mübahisələrə səbəb olan Adnan Oktarın "söhbət" proqramlarına sanksiya tətbiq edə bilmir.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system