NAMAZ VAXTLARI:
  • FƏCR 05:36
  • GÜN 06:56
  • ZÖHR 12:25
  • ŞAM 18:11
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Adi cəfəridə elə bir maddə tapılıb ki... Bilmədiyiniz faydalar

Oxundu: 356
Adi cəfəridə elə bir maddə tapılıb ki... Bilmədiyiniz faydalar

Keçmişdə cəfəri göyərti kimi deyil, daha çox müalicəvi bitki kimi istifadə olunurdu.

Xalq təbabəti cəfərinin köməyi ilə ürək və böyrək xəstəliklərini, kişi və qadın problemlərini, iltihabları müalicə edirdi.

 

Bir neçə il bundan əvvəl aparılmış araşdırmalar cəfərinin bu vaxta qədər məlum olmayan faydalarını  aşkar edib. Belə ki, cəfəri "apigenin" adlı flavonoidlə zəngindir. Harvard Universisteti (Böyük Britaniya) alimləri araşdırmalar zamanı aşkar ediblər ki, bu maddə xərçəng hüceyrələrinin inkişafının qarşısını alır, onların məhv olmasını sürətləndirir.

 

Bundan əlavə apigenin güclü iltihabəleyhinə xüsusiyyətlərə malikdir, sinir sisteminə müsbət təsir edir, arıqlamağa kömək edir.

 

Apigenin kişi sağlamlığına da müsbət təsir edir - testosteronun ifrazını artırır, bir çox kişi xəstəliklərinin, o cümlədən prostat vəzi xərçənginin qarşısını alır.

 

Siçanlar üzərində aparılmış eksperimentlər göztərib ki, apiginin qadınlarda süd vəzi xərçənginin inkişafı riskini azaldır. Bundan əlavə bu maddə menstruasiya ağrılarını azaldır və klimaksla bağlı olan pozulmaların qarşısını alır.   

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system