NAMAZ VAXTLARI:
  • FƏCR 04:26
  • GÜN 05:55
  • ZÖHR 12:44
  • ŞAM 19:51
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Abşeronda kişi naməlum şəxsə telefonunu vermədiyinə görə bıçaqlanıb

Oxundu: 590
Abşeronda kişi naməlum şəxsə telefonunu vermədiyinə görə bıçaqlanıb

Abşeron rayonunun Mehdiabad qəsəbəsində bıçaqlanma hadisəsi baş verib.

İslamınSəsi "Report"-a istinadən  xəbər verir ki, 1988-ci il təvəllüdlü Qəhrəmanov Elnur Füzuli oğlu yaşadığı evə daxil olmaq istəyərkən ona naməlum şəxs yaxınlaşaraq mobil telefonunu tələb edib.

E.Qəhrəmanov ona yox cavabı verdikdə, naməlum şəxs E.Qəhrəmanova 3 bıçaq zərbəsi vurub.

Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzin Reanimasiya şöbəsinə yerləşdirilib. Növbətçi cərrah Bəhram Zeynalovun "Report"a verdiyi məlumata görə, yaralı əməliyyat edilib. Onun vəziyyəti orta-ağır kimi qiymətləndirilir.

Faktla bağlı Abşeron Rayon Polis İdarəsində araşdırma aparılır.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system