NAMAZ VAXTLARI:
  • FƏCR 06:03
  • GÜN 07:27
  • ZÖHR 12:25
  • ŞAM 17:41
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Abşeronda 2-ci sinif şagirdi dərs zamanı keçinib? - Direktordan açıqlama

Oxundu: 411
Abşeronda 2-ci sinif şagirdi dərs zamanı keçinib? - Direktordan açıqlama

Abşeron rayonu, Xırdalan şəhər 6 №-li tam orta məktəbdə ölüm hadisəsi baş verib.

"İslaminSesi.info" bakupost-a istinadən xəbər verir ki, dünən 2-ci sinif şagirdi İsayeva Ləman dərsdə olarkən, özünü pis hiss edib. O, sinif rəhbərinə müraciət edərək, halının yaxşı olmadığını deyib. Məlum olub ki, şagirdin qızdırması qalxıb. Məktəbdən dərhal L.İsayevanın valideynlərinə xəbər verilib. Lakin valideynləri çatana kimi uşaq keçinib.

 

Məsələ ilə bağlı sayta açıqlama verən 6 №-li tam orta məktəbin direktor müavini Vəfa Məhərrəmova şagirdin öldüyünü təsdiqləyib, lakin hadisənin məktəbdə baş vermədiyini deyib: "Ləman İsayeva 2 gün idi ki, dərsə gəlmirdi. O, anadangəlmə xəstə uşaq idi. Ürək qüsuru var idi. Məktəbdə qızdırması isə doğru xəbər deyil. Onun 2 gün ərzində dərsdə olmadığı jurnalda da qeyd edilib".

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system