NAMAZ VAXTLARI:
  • FƏCR 05:37
  • GÜN 06:57
  • ZÖHR 12:25
  • ŞAM 18:10
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 843 2533
HAVA PROQNOZU:

ÖLKƏ

Oxundu: 106
Abşeronda 13 yaşlı  oğlan yoxa çıxdı - FOTO

Abşeronda 13 yaşlı oğlan yoxa çıxdı - FOTO

Abşeron rayonu Xırdalan şəhəri 25-ci məhəllə, ev 3, mənzil 36-da yaşayan 2004-ci il təvəllüdlü Cəfərli Ülvi Ruslan oğlu itkin düşüb.

İslaminSesi Unikal.org-a istinadən xəbər verir ki, bu barədə itkin düşən Ülvinin atası Ruslan Cəfərli bildirib. O deyib ki, övladı axşam saat 19:00 radələrində müəllim yanına hazırlığa getmək üçün evdən çıxıb: "Gecə evə qayıtmadığına görə, ilk olaraq müəllimi ilə əlaqə saxladıq. O, Ülvinin hazırlığa gəlmədiyini bildirib. Hadisədən dərhal sonra polisə müraciət etdik. Hazırda axtarışlara qohum-qardaşlar da qoşulub”.
 
 
Ruslan Cəfərli övladı ilə evdə heç bir münaqişənin olmadığını da deyib: "Oğlumu görənlərdən xahiş edirəm ki, mən və yaxud polis bölməsi ilə əlaqə saxlasınlar”.
 
 
Əlaqə nömrəsi: 0503848974
 
 
Qeyd edək ki, Cəfərli Ülvü Ruslan oğlu Xırdalanda 3 nömrəli məktəbin şagirdidir.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system