ÖLKƏ

Oxundu: 163
Abşeron sakini qonşusunu bıçaqlayıb

Abşeron sakini qonşusunu bıçaqlayıb

Abşeron rayonunda qonşular arasında düşən mübahisə bir nəfərin bıçaqlanması ilə nəticələnib..

İslaminSesi "Report"un məlumatına istinadən bildirir ki, hadisə rayonun Neftçılər küçəsində baş verib. 

Belə ki, Sərvan Sultan oğlu Rəşidovla qonşusu Murad Xanoğlan oğlu Xəlilov arasında hələki bilinməyən səbəbdən mübahisə düşüb. Nəticədə S.Rəşidov bıçağa əl ataraq M.Xəlilovu bıçaqlayıb. Ağır xəsarət alan yaralı xəstəxanaya yerləşdirilib.

Hadisəni törədən S.Rəşidov polis tərəfindən saxlanılıb və barəsində Cİnayət Məcəlləsinin 126.1-ci ( qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system