HAVA PROQNOZU:

ÖLKƏ

Oxundu: 62
Abşeron rayonunda minik avtomobili divara çırpılıb, xəsarət alanlar var

Abşeron rayonunda minik avtomobili divara çırpılıb, xəsarət alanlar var

Gecə saatlarında Bakı-Sumqayıt yolunda yol nəqliyyat hadisəsi baş verib.

İslamınSəsi biılirir APA-nın məlumatına görə, hadisə Abşeron rayonu ərazisində, Masazır dairəsinin yaxınlığında qeydə alınıb.

 

Məlumata görə, ikinci dərəcəli yolla Sumqayıtdan paytaxt istiqamətində hərəkət edən "KİA" markalı mink maşını sürücünün idarəetməni itirməsi nəticəsində yolun sağındakı divara çırpılıb. Nəticədə avtomobildə olan 2 nəfər - 1997-ci il təvəllüdlü Hüseynov Əliş Xaric oğlu və 1996-cı il təvəllüdlü Cumayev Məhəmməd Aslan oğlu xəsarət alaraq 1 saylı Xəstəxanaya yerləşdirilib. Yaralıların hər ikisinin vəziyyətinin orta ağır olduğu bildirilir.

 

Yol qəzasının təfərrüatlarını Abşeron RPİ-nin istintaqçıları araşdırır. İlkin ehtimala görə, avtoqəzaya yüksək sürət səbəb olub.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system