HAVA PROQNOZU:

ÖLKƏ

Oxundu: 36
Abşeron rayon İcra Hakimiyyəti nümayəndələrinə atəş açan şəxs saxlanılıb

Abşeron rayon İcra Hakimiyyəti nümayəndələrinə atəş açan şəxs saxlanılıb

Abşeronda icra hakimiyyətinin nümayəndələrinə atəş açan şəxs saxlanılıb.

İslamınSəsi APA-ya istinadən verdiyi məlumata görə, iyulun 14-də Abşeron rayonunun Novxanı qəsəbəsində Rayon İcra Hakimiyyətinin qanunsuz tikililərlə mübarizə komissiyasının üzvləri qəsəbə sakini Etibar Novruzovun evinin qarşısındakı qanunsuz tikilini sökmək istəyərkən E. Novruzovun atası, Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş Eldar Novruzov xuliqanlıq zəminində tapançadan havaya 3 dəfə atəş açıb.

 

Eldar Novruzov Abşeron RPİ-nin əməkdaşları tərəfindən tutulub və ondan "Makarov" markalı tapança, 4 ədəd patron və 3 ədəd giliz götürülüb.

 

Faktla əlaqədar cinayət işi başlanılıb.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system