NAMAZ VAXTLARI:
  • FƏCR 04:25
  • GÜN 05:54
  • ZÖHR 12:45
  • ŞAM 19:52
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

DÜNYA

Oxundu: 184
ABŞ və Türkiyə Suriyanın Minbic şəhəri məsələsində razılığa gəliblər

ABŞ və Türkiyə Suriyanın Minbic şəhəri məsələsində razılığa gəliblər

ABŞ və Türkiyə Suriyanın şimalında yerləşən Minbic rayonunun idarəçiliyi və təhlükəsizliyi ilə bağlı irəli sürülən yol xəritəsi haqda razılığa gəliblər.

İslaminSesi.info əl-Məyadinə istinadla xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi və Amerikanın Ankaradakı səfirliyi bəyanat veriblər.

 

Bəyanatda bildirilib ki, Suriya Demokratik Qüvvələrinin (kürd bölmələrinin başçılıq etdiyi qüvvələr) nəzarətində olan Minbic rayonunda təhlükəsizliyin təmin edilməsi haqda gələn yol xəritəsi haqda razılıq əldə edilib.

 

Əlavə edilib ki, gələn ayın 4-də Vaşinqtonda keçiriləcək Mövlud Çavuşoğlu - Mark Pompeo görüşündə bu məsələ gündəmdə olacaq.

 

Bu görüşdə Türkiyənin Rusiyadan S-400 havadan müdafiə sistemlərini alması məsələsi də Mark Pompeo tərəfindən müzakirəyə çıxarılacaq.

 

Suriyanın şimalında və Fəratın şərqində kürd bölmələrini (Suriya Demokratik Qüvvələri) hərbi və lojestik baxımdan dəstəkləyən ABŞ-la rəsmi Ankara münasibətlərində son illərdə gərginlik yaranıb. Türkiyə hərbi yolla Hələbin Afrin rayonunu kürd bölələrindən ala bilsə də Minbic istiqamətdə və Fratın şərqinə doğru irəliləməkdə çətinlik çəkir. Əsas səbəb isə bölgədəki kürd bölmələrinin ABŞ tərəfindən dəstəklənməsidir.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system