NAMAZ VAXTLARI:
  • FƏCR 03:23
  • GÜN 05:11
  • ZÖHR 12:43
  • ŞAM 20:34
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

DÜNYA

Oxundu: 254
ABŞ və Səudiyyənin dəstəklədiyi baş nazir Ayətullah Sistaniyə məktub yazıb

ABŞ və Səudiyyənin dəstəklədiyi baş nazir Ayətullah Sistaniyə məktub yazıb

Livan baş naziri Səd əl-Həriri bu səbəbə görə Ayətullah Sistaniyə və eləcə də İraq baş naziri Heydər əl-Abadiyə şikayət məktubu ünvanlayıb.

İslaminSesi.info FarsNews-a istinadla xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanın əl-Vətən qəzeti iddia irəli sürüb.

 

Əl-Vətən qəzeti İraqdakı mənbələrinə istinadla bildirib ki, Livan baş naziri Səd əl-Həriri Haşdu-Şabi komandirlərinin tez-tez Livana gəlib İsrail sərhəd zolağına (işğal edilmiş Fələstin əraziləri) baş çəkib monitorinq aparmalarına görə narahatdır və ona görə İraq baş nazirinə və Ayətullah Sistaniyə məktub ünvanlayıb ki, onların qarşısını alsınlar.

 

Qeyd edək ki, son aylarda Haşdu-Şabi tərkibində olan “ən-Nücəba Hərəkatı” və “Əsaib Əhlil-Haqq” batalyonlarının liderləri şeyx Əkrəm əl-Kəbi və şeyx Qeys Xəzəli bir neçə dəfə Livan-İsrail sərhədlərində monitorinq apararkən görünüblər. Səd əl-Həriri bir neçə dəfə buna etiraz edərək, Haşdu-Şabi komandirlərinin Livana qeyri-qanuni yolla girdiyini iddia edib.

 

Bundan öncə Haşdu-Şabinin “Kətaib Hizbullah” briqadası da bəyanat yayaraq bildirmişdi ki, Suriya Ordusu ilə birgə Colan Yüksəkliklərini Sionist rejimindən geri almaq üçün hazırdı.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system