ABŞ və İran girovları dəyişdi - Foto

Oxundu: 247
ABŞ və İran girovları dəyişdi - Foto

Vaşinqton və Tehran girov mübadiləsi edib.

 

İslaminSesi “İnterfaks”a istinadən xəbər verir ki, ABŞ İran tərəfinə alim Məsud Süleymanini, İran isə ABŞ-a tələbə Syue Vanı təhvil verib.

 

Süleymani 2018-ci ilin oktyabrında Amerikanın Minnesot ştatında FTB əməkdaşları tərəfindən heç bir ititham irəli sürülmədən həbs edilib. Syue isə 2016-cı ildə İranda casusluq şübhəsi ilə tutulub.

 

“Çox şadam ki, professor Süleymani və Syue Van tezliklə ailələrinə qovuşacaqlar”, - deyə İranın Xarici işlər naziri Cavad Zərif bildirib. Zərif mübadilədə iştirak edən hər kəsə, o cümlədən İsveçrə hökumətinə təşəkkürünü bildirib.

 

Qafqazinfo

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system