NAMAZ VAXTLARI:
  • FƏCR 05:07
  • GÜN 06:27
  • ZÖHR 12:34
  • ŞAM 18:56
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 843 2533
HAVA PROQNOZU:

SİYASƏT

Oxundu: 77
ABŞ Türkiyənin Rusiyadan S-400 almaq qərarına münasibət bildirib

ABŞ Türkiyənin Rusiyadan S-400 almaq qərarına münasibət bildirib

ABŞ Ankaranın Rusiyadan S-400 zenit-raket kompleksləri almaq qərarından narazıdır.İslaminSesi-nin APA-a istinadən verdiyi xəbərə görə, bunu Türkiyənin “S-400” komplekslərinə görə artıq ilkin ödəniş etməsi barədə xəbəri şərh edərkən Pentaqonun rəsmi nümayəndəsi Conni Maykl bildirib.

“Biz məsələ ilə bağlı rəsmi Ankaraya narahatlığımızı ifadə etmişik. Bu məsələ ilə bağlı Türkiyə ilə açıq dialoq aparırıq və hərbi texnikaların, silahların alınması proqramlarının icrası zamanı NATO çərçivəsində operativ uyğunluğun saxlanılmasının vacibliyini vurğulamışıq”, - deyə Conni Maykl qeyd edib. 

“Türkiyə NATO-nun əsas müttəfiqidir. Hərbi satınalmalar sahəsində ABŞ və Türkiyə arasında əməkdaşlıq yüksək səviyyədə qalmaqdadır. Türkiyə raketdən müdafiə sahəsindəki tələbatlarını ödəmək üçün ABŞ da daxil olmaqla, NATO üzrə müttəfiqlərinin istehsalı olan raket əleyhinə sistemlərə maraq göstərməkdə davam edir”, deyə Conni Maykl bildirib.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR SİYASƏT XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system