ABŞ televiziyası rəsmi olaraq Trampı İŞİD-lə əlaqədə suçladı - FAKTLAR və ARQUMENTLƏR

Oxundu: 1935
ABŞ televiziyası rəsmi olaraq Trampı İŞİD-lə əlaqədə suçladı - FAKTLAR və ARQUMENTLƏR

Amerikanın "MSNBC" televiziya kanalı rəsmi olaraq ABŞ prezidentinin baxışları və hərəkətlərinin, ümumiyyətlə xarici siyasətinin İŞİD terrorçuları ilə eynilik təşkil etdiyini vurğulayıb. Və bu üzdən Trampı İŞİD-lə əlaqədə ittiham edib.

Amerika lideri xüsusən İranın mədəni irsini məhv etməyə hazır olduğunu elan etdikdən sonra sözügedən terror təşkilatına bağlılıqda suçlanıb.


İslaminSesi xəbər verir ki, bu barədə avia.pro saytı məlumat yayıb.


“Tramp, İranın mədəniyyət obyektlərini məhv edəcəyi haqda bəyanat verir. Bilirsinizmi mədəni irsə, mədəniyyət obyektlərinə kimlər hücum edir? İŞİD!" - ekspert canlı yayımda deyib.


"Hələ aydınlaşdırmaq lazımdır ki, bu, ABŞ hakimiyyət orqanlarının terrorçularla fəal əməkdaşlıq etdikləri barədə ilk ittiham deyil. Xüsusən də İŞİD terror qruplaşmasının yüksək çinli liderlərinin Suriyadan qonşu İraqa nəyə görə aparılması, Vaşinqtonun əvvəllər bu təşkilat liderinin məhvindən nədən imtina etməsi aydınlaşdırılmalıdır", - deyə ekspert bildirib.


Telekanalda, ümumiyyətlə bu və digər bir sıra faktların gizlədilməsi səbəbindən Əbu Bəkr əl-Bağdadinin həqiqətdə öldürülmədiyi, sadəcə Suriyadan başqa bir ölkəyə aparıla biləcəyi ilə bağlı şübhələr ifadə olunub.


Qeyd edək ki, Ağ Ev Trampa qarşı iddialara hələ cavab verməyib.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR SİYASƏT XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system