NAMAZ VAXTLARI:
  • FƏCR 05:59
  • GÜN 07:22
  • ZÖHR 12:25
  • ŞAM 17:44
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

ABŞ Suriyaya qadağan olunmuş bomba atdı

Oxundu: 238
ABŞ Suriyaya qadağan olunmuş bomba atdı

ABŞ-ın başçılıq etdiyi beynəlxalq koalisiya qüvvələri Suriyaya ağ fosfor bombaları atıblar.

 

İslaminSesi Virtualaz.org-a istinadən xəbər verir ki, bu barədə Suriyanın “SANA” dövlət agentliyi məlumat yayıb.

 

Bildirilib ki, koalisiya qüvvələri terrorla mübarizəni bəhanə gətirərək Suriyanı bombalamağa davam edir və bu zaman qadağan olunmuş hücum vasitələrindən istifadə etməkdən belə çəkinmirlər.

 

“ABŞ-ın başçılıq etdiyi beynəlxalq koalisiya qüvvələri Suriya ərazisinə endirdikləri hava zərbələrində beynəlxalq normalarla qadağan edilmiş ağ fosforlu bombalardan istifadə ediblər. Zərbələr ölkənin cənub-şərqində Deyr-əz-Zor səhrası yaxınlığındakı Hacin şəhərinə endirilib”, – deyə məlumatda vurğulanıb.

 

Qeyd edilib ki, hava hücumu nəticəsində ölüm faktı qeydə alınmayıb.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system