NAMAZ VAXTLARI:
  • FƏCR 05:32
  • GÜN 06:52
  • ZÖHR 12:26
  • ŞAM 18:17
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

ABŞ Səudiyyədən 4 milyard dolları niyə tələb edib? – İmzalanan sazişin gizli tərəfləri

Oxundu: 225
ABŞ  Səudiyyədən 4 milyard dolları niyə tələb edib? –  İmzalanan sazişin gizli tərəfləri

ABŞ-ın məşhur jurnalistlərindən olan Bob Vudvord qələmə aldığı "Qorxu: Tramp Ağ Evdə" adlı kitabında prezident Donald Trampın gizli tərəflərindən yazıb.

 

İslaminSesi “Haber7.com” a istinadən xəbər verir ki, Bob Vudvordun kitabı dünyada böyük əks-səda yaradıb. Müəllif həmçinin Səudiyyə kral ailəsi ilə Trampın gizli sazişlərindən,  ABŞ-ın Səudiyyədən 4 milyard  dollar pul tələb etməsindən yazıb.  

 

Bazara çıxan gündən satış rekordu qıran kitabı, ABŞ prezidenti, Ağ Ev rəsmiləri, və Trampın müşavirləri təkzib etsələr də, Amerika xalqı burada yazılanların həqiqət olduğunu  düşünür.

 

Qeyd edək ki, müəllif kitabda Trampı ardıcıl və sistemli şəkildə hərəkət etməyi sevməyən, ani və düşünülməmiş qərarlar verməyi üstün tutan prezident kimi xarakterizə edir.

 

Vudvord eyni zamanda Trampı öz otağında saatlarla televizora baxmağı xoşlayan və Twit paylaşan biri kimi qələmə verib.  Əhatə dairəsinin daraldığı və verdiyi qərarların rəsmi Vaşinqton tərəfindən dəstəklənmədiyi önə çəkilib.

 

ABŞ-ın xarici siyasətinə toxunan müəllif, İraq, Suriya və Əfqanıstandakı əməliyyatlara diqqət çəkib.  Hərbi xərclərin çox olduğunu yazan Vudvord, Trampın Səudiyyə kral ailəsindən 4 milyard dollar tələb etdiyini və bu pulu Suriyada dəstəklədiyi terrorçu qüvvələrə xərcləmək niyyətində olduğunu qələmə alıb.

 

Müəllif hətta Trampın özünün də hərbi xərclərin çox olduğunu  etiraf etdiyini vurğulayıb.

 

Kitabda həmçinin ABŞ-ın hazırda Əfqanıstan üzrə xüsusi nümayəndəsinin, Pakistanda səfirinin olmadığına da işarə edilib.

 

 

 

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system