NAMAZ VAXTLARI:
  • FƏCR 04:23
  • GÜN 05:53
  • ZÖHR 12:45
  • ŞAM 19:54
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

ABŞ Səudiyyə Ərəbistanına nüvə texnologiyaları satacaq

Oxundu: 333
ABŞ Səudiyyə Ərəbistanına nüvə texnologiyaları satacaq

Bu gün ABŞ Səudiyyə Ərəbistanına nüvə enerjisinin satışına dair razılıq verib.

İslaminSesi-nin mignews-a istinadən verdiyi xəbərə görə, bu haqda Reuters agentliyi yazır.

 

ABŞ energetika naziri Rik Perri nüvə energetikası üzrə saziş çərçivəsində şirkətlərə krallığa nou-hau satışı üçün altı məxfi icazəni təqdim edib.

 

Reuters agentliyinin məlumatına əsasən, ABŞ ən azı iki atom stansiyası tikməyə çalışır, Rusiya və Cənubi Koreya da bu layihə üçün mübarizə aparır.

 

Agentlik anonim mənbəyə istinadən qeyd edir ki, Perrinin razılığı şirkətlərə sazişin imzalanmasına qədər nüvə energetikası üzrə ilkin işləri keçirməyə icazə verəcək, lakin onlar atom elektrostansiyasında istifadə oluna biləcək avadanlıqla təchiz olunmayacaqlar.

 

Energetika Nazirliyinin sənədində bildirilir ki, müvafiq şirkətlər qəbul edilmiş qərarların məxfi saxlanılmasını administrasiyadan xahiş edib.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR İQTİSADİYYAT XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system