NAMAZ VAXTLARI:
  • FƏCR 03:35
  • GÜN 05:16
  • ZÖHR 12:38
  • ŞAM 20:19
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

DÜNYA

Oxundu: 23210
ABŞ sərhədçilərinin bu görüntüləri dünyanı dəhşətə gətirdi

ABŞ sərhədçilərinin bu görüntüləri dünyanı dəhşətə gətirdi

ABŞ-ın sərhədçiləri inanılmaz işə imza atıblar.

İslaminSesi Dailymail.uk-a istinadən bildirir ki, Arizona səhralarına humanitar qruplar tərəfindən yerləşdirilmiş su və yemək ehtiyatları sərhədçilər tərəfindən dağıdılıb. İki humanitar təşkilat 2012-2015-ci illər ərzində Arizonanın ən təhlükəli yollarına qoyulmuş 31 min qallon (4,5 litrlik qablar) suyun məhv edilməsi barədə hesabat yayımlayıblar. Onlar müəyyənləşdiriblər ki, bu yollarda yemək və su ehtiyatları  415 dəfə məhv edilib, bu da ən azı həftədə iki dəfə deməkdir. Bu isə yüzlərlə insanın ölümü ilə nəticələnib. 

 

Hesabatda bildirilir ki, bu ABŞ sərhədçilərinin humanitar yardımlara kobud müdaxiləsidir. Təşkilat onları insan hüquqlarını pozmaqda ittiham edir. Bundan əlavə bildirilir ki, sərhəd qaydalarının sərtləşdirilməsi nəticəsində miqrantlar daha qorxulu yollar seçməyə məcbur qalırlar. Həmin yerlər səhradan və hündür dağlardan keçir ki, orada temperatur 100 dərəcəyə qədər yüksəlir. O anlarda hər bir miqranta gündəlik 2-3 qallon su lazım olur. Sərhədçilərin həmin su və qida ehtiyatların necə məhv etməsini əks etdirən görüntülər yayımlanıb. Onlar bu ehtiyatları məhv edərkən nəinki peşman olmurlar, hətta bəziləri zövq də alırlar. 

 

Ülviyyə Tahir

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system