"ABŞ sanksiya siyasətinin uğursuz olduğunu qəbul etməlidir"

Oxundu: 222

"ABŞ sanksiya siyasətinin uğursuz olduğunu qəbul etməlidir".

İslaminSesi xəbər verir ki, bu sözləri İran Xarici İşlər Nazirliyinin sözçüsü Seyid Abbas Musəvi deyib.


"Bu sanksiyalarda yeni bir şey yoxdur, onlar yeni formada köhnə sanksiyalardır" ,- deyə A.Musəbi bildirib.


Yeni sanksiyaların İranın beynəlxalq əməliyyatlarını əngəlləmək, həmçinin qida və dərman vasitələrinə çıxışını məhdudlaşdırmaq məqsədi daşıdığını deyən İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif isə bu addımın qəbuledilməz və təhlükəli olduğunu vurğulayıb. Cavad Zərif ABŞ-ın İrana qarşı istifadə edə biləcəyi bütün sanksiyaları artıq tətbiq etdiyini əlavə edib.


Qeyd edək ki, sentyabrın 20-də ABŞ Prezidenti Donald Tramp İranın Milli Bankına sanksiyanın tətbiq edildiyini açıqlayıb. Daha öncə isə o, ABŞ-ın Maliyyə nazirini İrana qarşı sanksiyaların əhəmiyyəli dərəcədə artırılması ilə bağlı təlimatlandırıdığını deyib. /"Sputnik"/

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR SİYASƏT XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system