ABŞ S-400 raketlərinə görə Türkiyəyə qarşı sanksiya tətbiq etməyə razılıq verdi

Oxundu: 333
ABŞ S-400 raketlərinə görə Türkiyəyə qarşı sanksiya tətbiq etməyə razılıq verdi

ABŞ Rusiya istehsalı olan S-400 raketlərini aldığına görə Türkiyəyə qarşı sanksiyaların tətbiq edilməsinə razılıq verib.

İslaminSesi-nin Rusiya KİV-nə istinadla verdiyi məlumata görə, Ankaraya qarşı sanksiyalar bu ilin mart ayında tətbiq ediləcək. Lakin konkret olaraq hansı tədbirlərin müzakirə edildiyi bilinmir.

 

Bununla belə ABŞ-ın, Şimali Atlantika Alyansının üzvü olan Türkiyəni beşinci nəsil F-35 proqramından tamamilə kənarlaşdıracağı və onun Alyansdakı səlahiyyətlərini məhdudlaşdıra biləcəyi güman edilir.


Mütəxəssislərin fikrincə, əgər sanksiyalar tətbiq olunarsa, Türkiyənin NATO-dakı səlahiyyətləri məhdudlaşdırılarsa, bu halda Ankaranın cavabı özünü çox gözlətməyəcək. Və çox güman ki, Türkiyə bu hərbi alyansın, ölkəsindəki hərbi bazalarını ləğv etməyə, özünün hava məkanını və ərazi sularını ABŞ-ın üzünə bağlamağa hazır olacaq.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR SİYASƏT XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system