NAMAZ VAXTLARI:
  • FƏCR 03:42
  • GÜN 05:21
  • ZÖHR 12:37
  • ŞAM 20:13
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

ABŞ Rusiyaya qarşı sanksiyaları genişləndirdi

Oxundu: 187
ABŞ Rusiyaya qarşı sanksiyaları genişləndirdi

ABŞ Ukraynadakı vəziyyətlə əlaqədar Rusiyaya qarşı sanksiyaları sərtləşdirib.

İslaminSesi-nin RT-yə istinadən verdiyi xəbərə görə, bu haqda ABŞ Maliyyə Nazirliyinin bəyanatında bildirilir.

 

Belə ki, Ukrayna üzrə sanksiya sıyahısına Rusiyadan olan 6 fiziki şəxs və 8 şirkət əlavə olunub.

 

Məhdudlaşdırıcı ölçülər Rusiya Sərhəd qulluğu başçısının müavini Gennadi Medvedev, Krım və Sevastopol üzrə Federal Təhlükəsizlik Xidmətinin (FTX) sərhəd idarəsi rəisi Serqey Stankeviç, sərhəd idarəsi xidmətlərindən birinin başçısı Ruslan Romaşkin və sərhəd idarəsinin rəis müavini Andrey Şeinə qarşı götürülüb.

 

Daha öncə Avropa Birliyi Kerçen boğazında baş verən hadisəyə görə səkkiz nəfərə qarşı sanksiya tətbiq etmişdi.

 

Siyahıya, həmçinin, Stankeviç və Cənub hərbi dairəsi qoşunlarının komandiri Aleksandr Dvornikovun adları daxildir.

 

Xatırladaq ki, martın 4-də ABŞ prezidenti Donald Tramp 2014-cü ildə Ukraynadaki vəziyyətə görə Rusiyaya qarşı başlatdığı sanksiyaları uzatmışdı.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system