ABŞ rus və ukraynalılara qarşı yeni sanksiyalar tətbiq etdi

Oxundu: 103
ABŞ rus və ukraynalılara qarşı yeni sanksiyalar tətbiq etdi

ABŞ Maliyyə Nazirliyi Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib.

İslaminSesi-nin “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, sanksiyalar Rusiyanın 7 şirkətinə, eləcə də rus və ukraynalılar daxil olmaqla 17 fiziki şəxsə şamil olunub.

 

Onlar kiber sahədə qanunsuz fəaliyyətdə ittiham olunurlar. ABŞ Maliyyə Nazirliyi bu insanların Evil Corp hakerlər qrupu ilə əlaqəli olduğunu düşünürlər.

 

Təqsirləndirilən Rusiya vətəndaşları arasında Vaşinqtonun kompüter proqram təminatında fırıldaqçılıqda şübhəli bildiyi Maksim Yakubets və İqor Turaşev də var. Onların qurbanları 70 milyon dollardan çox itiriblər./“Qafqazinfo”/

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR SİYASƏT XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system