ABŞ rəsmisi Türkiyənin “Patriot” sistemləri ilə bağlı sorğusunu təsdiqləyib

Oxundu: 86
ABŞ rəsmisi Türkiyənin “Patriot” sistemləri ilə bağlı sorğusunu təsdiqləyib

Türkiyə hökuməti ABŞ-dan “Patriot” hava hücumundan müdafiə sistemlərinin ölkənin cənub sərhəddində yerləşdirilməsini istəyib.

Xarici KİV-lər xəbər verir ki, belə bir sorğunun olmasını ABŞ rəsmisi də təsdiqləyib.

 

Adının çəkilməsini istəməyən rəsmi şəxs bildirib ki, “Patriot” sistemləri üçün belə bir sorğunun olduğundan xəbərdardır, ancaq heç bir qərar yoxdur.


Türkiyə Müdafiə naziri Hulusi Akar da dünən CNN telekanalına verdiyi müsahibəsində “Patriot” batareyalarının ölkənin cənub sərhəddində yerləşdirə biləcəyini söyləyib.


Qeyd edək ki, bundan əvvəl “Bloomberg” agentliyi naməlum Türkiyə rəsmisinə istinadən Türkiyənin belə bir sorğu göndərməsi barədə xəbər yayıb./Ordu.az/

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system