ABŞ qüvvələri Suriyada yerli sakinləri öldürdü - Təyyarələri ordu mövqelərini vurdu (Video)

Oxundu: 608
ABŞ qüvvələri Suriyada yerli sakinləri öldürdü - Təyyarələri ordu mövqelərini vurdu (Video)

ABŞ qüvvələri Suriyada mülki əhalini öldürüb.

 

İslaminSesi SANA-ya istinadən xəbər verir ki, bu gün Al-Hasaka əyalətinin Xirbə Amu və Hamu kəndlərində Amerika hərbçiləri qarşılarını alan, onların keçməsinə icazə verməyən mülki şəxslərə atəş açıb.

 

Amerika hərbçiləri ilə yerli əhalinin qarşıdurması nəticədə bir nəfər mülki şəxsin öldüyü, bir nəfərin yaralandığı bildirilir.

 

Yerli əhali buna cavab olaraq 4 ABŞ hərbi texnikasına zərər verib. Belə bir vəziyyətə daha 5 ABŞ hərbi texnikasını köməyə gəldiyi bildirilir.

 

Həmçinin Qamışlı şəhərinin Buir əl-Buassi kəndində də belə bir hadisənin baş verdiyi, yerli əhalinin ABŞ texnikalarının yolunu kəsdiyi, onları daşlayıb, bayraqlarını yerə atdığı bildirilir.

 

Mənbənin xəbərinə görə məntəqə üzərində ABŞ qırıcıları uçub, bu əhalinin diqqətdən qaçmayıb. ABŞ qüvvələri təyyarələrin müşayiəti altında ərazini tərk edib.

 

"Anadolu" Agentliyinin "Twitter" xəbərinə görə Amerika təyyarələri yaşanan gərginliyin ardınca hökümət qüvvələrinə məxsus 2 mövqei atəşə tutub.

 

 

 

 

 

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system