ABŞ qüvvələri Suriyada neftlə ən zəngin olan bölgəni tərk edir

Oxundu: 1329
ABŞ qüvvələri Suriyada neftlə ən zəngin olan bölgəni tərk edir

Suriyada mövcud olan ABŞ qüvvələri neftlə zəngin olan bir məntəqəni boşaldır.

 

İslaminSesi ArabicRT-ə istinadla xəbər verir ki, bu barədə mənbənin Dəməşq müxbiri məlumat verib.

 

Mənbənin məlumatına görə Amerika qüvvələrinin Suriyanın ən böyük neft yatagı olan Ömər neft yatağını və Deyr Ezzor şəhərində yerləşən Koniko qaz zavodunu boşaltması barədə xəbərlər vardır.

 

Bu qüvvələrin Hasaka əyalətinin cənubunda olan Əl-Şəddadi bazasına gedəcəyi bildirilir.

 

Xatırladaq ki, neftlə zəngin olan “Ömər” neft yataqları 2014-ci ildə İŞİD tərəfindən ələ keçirilib, 2017-ci ildən isə ABŞ və əməkdaşlıq etdiyi kürd silahlılarının nəzarətindədir.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system