"ABŞ öz silahlarını məcburi şəkildə NATO müttəfiqlərinə satmaqdan əl çəkməlidir" - Fransanın müdafiə naziri

Oxundu: 52

ABŞ istehsal etdiyi silahları həmrəylik adı ilə məcburi şəkildə NATO müttəfiqlərinə satmaqdan əl çəkməlidir.

İslaminSesi TASS-a istinadla xəbər verir ki, bunu Fransanın müdafiə naziri Florans Parli bildirib.


“NATO nizamnaməsinin 5-ci bəndində qeyd olunan “atlantik həmrəyliyi”ni, Vaşinqtonun təzyiqi ilə F-35 bəndinə çevirməyə yol vermək olmaz”, - deyə siyasətçi bildirib.


Onun sözlərinə görə, NATO heç vaxt Avropa Birliyinin suverenliyini təmin edən alət olmayacaq. Bununla belə, Avropa iqtisadi və siyasi gücünə müvafiq özünün hərbi avadanlığını yaratmalıdır./xeber.im/

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR SİYASƏT XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system