“ABŞ Orta Doğu layihəsinin belə daşa dirənəcəyini bəlkə də proqnozlaşdırmamışdı” – Əli Orucov

Oxundu: 318
“ABŞ Orta Doğu layihəsinin belə daşa dirənəcəyini bəlkə də proqnozlaşdırmamışdı” – Əli Orucov

“Hər hlada Vaşinqton elə bir variant seçmək istəyir ki, silahlandırdığı terrorçu kürdləri də, Türkiyəni də özündən tam narazı salmasın”

ABŞ prezidenti Donald Tramp artıq mənasız müharibələrdən bezdiy, ölkəsinin hərbi kontingentini Suriyadan çıxaracağı ilə bağlı bəyanat versə də, bölgədəki kürd terrorçularını müdafiə etməkdə israrlı görünür. Buna görə hətta Türkiyəni də hədələyir.

 

Özünün misilsiz müdrikliyi ilə seçildiyini bildirən Tramp “Twitter” səhifəsində “Əgər rəsmi Ankara ona icazə verilən “sərhədləri keçərsə” onun iqtisadiyyatını dağıdacaq və tamamilə məhv edəcəyik” – deyə  qeyd edib.

 

Amerika liderinin fikrincə, Avropa ölkələri və Türkiyə əsir düşmüş yaraqlılara və onların yaxınlarına baxmalıdır.

 

Maraqlıdır, ABŞ hökuməti bir tərəfdən Suriyada Türkiyənin terrorçuluğa qarşı mübarizəsinə müdaxilə etməyəcəyini bildirir, digər tərəfdən isə bu istiqamətdə “qırmızı xətt” müəyyənləşdirdiyini deyir. Bəs bu ziddiyyətli münasibətin anlamı nədir? Ümumiyyətlə, Türkiyənin bu şəkildə təhdi edilməsi özünü nədə göstərə bilər? Türkiyəni çəkindirmək mümkündürmü?

 

 İslaminSesi-nin suallarını cavablandıran politoloq Əli Orucov əvvəlcə xatırlatdı ki, Suriya krizisi başlayandan - 2011-ci ildən üzü bəri bölgədə ən çox zərər görən ölkə Türkiyədir və rəsmi rəqəmlərə görə bu dövlət 3 milyondan artıq suriyalı qaçqına sığınacaq verib:

 

“Qaçqınların saxlanması üçün hər il dövlət büdcəsindən milyardlarla vəsait xərclənir. Türkiyədə ciddi humanitar və kriminal durum mövcuddur. Onu da nəzərə alsaq ki, terror qruplaşması bu ölkənin sərhədlərini tez-tez pozur, tranzit kimi istifadə edir, yaxud da silahlı terrorçu ünsürlər Türkiyənin sərhəd boyunca yuvalanıb, o zaman vahiməli mənzərə tam çılpaqlığı ilə aydın olar. Türkiyənin varlığı üçün çox ciddi təhdid formalaşdırılıb. ABŞ PKK-nın Suriya qolu olan PYD/YPG-ni ən mühasir silahlarla silahlandırıb, ağır texnika ilə təhciz edib və hərbi dəstəklə yanaşı siyasi dəstəyini də əsirgəmir. Ona görə də rəsmi Ankara real təhlükələri önləməyə məcburdur ki, terrorizmin və separatizmin qarşısını alsın, iç sərhədlərinə yayılmasına imkan verməsin”.

 

ABŞ-ın bölgədə uzunmüddətli və yaxud həmişəlik qalmaq üçün kürd separatçılarından yararlandığını deyən Əli bəyin fikrincə, onun Suriyada qalması həm də düşməni olan İrana yaxın olması deməkdir:

 

“ABŞ-ın etirazlarına və hədələrinə baxmayaraq rəsmi Ankaranın Suriyada PKK /YPG -yə qarşı əməliyyatlar həyata keçirməsi qaçılmazdır. Bundan öncə də ABŞ "Fərat qalxanı" və "Zetun dalı" (“Zeytun budağı”) əməliyyatlarına qarşı çıxırdı. Amma bu əməliyyatlar uğurla həyata keçirildi. ABŞ-ın hərbi dairələri, hərbi komandanlıq Trampın Suriya ilə bağlı baxışlarına qarşıdır. Çünki Suriyada müharibənin uzanması milyardlarla pul qazandırır. Həm silahdan, həm də qeyri-leqal neft satışından astronomik pul qazanırlar.

 

Lakin bundan üstün olanlar da var. Söhbət strateji və digər dövlətlərlə, Rusiya, İran və Çinlə münaqişə riskindən gedir. Bir yandan da Türkiyəni özünə qarşı qaldıraçağını yəqin ki, Ağ Ev strateqləri arzulamırlar. Hər hlada ABŞ elə bir variant seçmək istəyir ki, silahlandırdığı terrorçu kürdləri də, Türkiyəni də özündən tam narazı salmasın. Ona görə də tampon bölgə, təhlükəsiz bölgə adlandırılan regionun genişləndirilməsinə qarşı müqavimət göstərir. Amma ABŞ Orta Doğu layihəsinin belə daşa dirənəcəyini bəlkə də proqnozlaşdırmamışdı. Bu layihəni daha çox İran-Türkiyə-Rusiya əməkdaşlığı pozdu. Ehtimal ki, Ərdoğan Əsədlə bağlı sərt yanaşmalarına da bir qədər korrektələr etmiş oldu”.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR SİYASƏT XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system