“ABŞ oğrudur və bu işdə onun 2 şəriki var...” – Bəşər Əsəddən sensasion açıqlama

Oxundu: 2902
“ABŞ oğrudur və bu işdə onun 2 şəriki var...” – Bəşər Əsəddən sensasion açıqlama

Suriya prezidenti ABŞ-ı digər xalqları talan etməkdə ittiham etdi.

 

İslaminSesi.info arabic.rt-ə istinadən bildirir ki, Suriya prezidenti Bəşər Əsəd “RT” əməkdaşına verdiyi müsahibədə Amerikanın son 100 ildə yürütdüyü siyasət və fəaliyyətindən danışıb.

 

Niyə Suriya Vaşinqtonun ölkə neftinin oğurlanmasına qəti şəkildə etiraz etmir sualına belə cavab verib:

 

“Əlbətdə biz qəzəblənirik və hər bir Suriyalı buna əsəbiləşir. Təbii ki...

Bu bir talandır! Ancaq heç bir beynəlxalq nizam, heç bir beynəlxalq qanun yoxdur!

Açığı deyim bu yeni deyil, bu tək müharibə zamanı deyil, amerikalılar həmişə başqa ölkələri fərqli yollarla talan etməyə çalışırlar.

Onlar yalnız neft, pul və ya maliyyə deyil, insanların siyasi hüquqlarını, bütün hüquqlarını oğurlayırlar!

Bu onların tarixi roludur... ən azı II Dünya Müharibəsindən sonra!

Bu yeni deyil, qəribə də deyil. Zaman-zaman fərqli formalarda olsa da, əvvəlki siyasətlərinin davamıdır.

Bu gün bu talan özünü neftin talanmasında biruzə verir...

Digər xalqların hüquqlarını yağmalamaq Amerika siyasətinin açıq-aşkar formasıdır!”

 

Neft ixracatçısı olan ABŞ kimi bir ölkə ayda sizin 30 milyon dollarlıq neftinizi oğurlayır?

 

“Suriya neftinin oğurlanması 2014-cü ildən, İŞİD-lə başladığı üçün bu işin iki səbəbkarı, iki ortağı var: Ərdoğan və fraksiyası!

 Beləliklə, Trump nə etdi? Yalnız həqiqəti elan etdi.

Bəzi kürdlər Suriya neftini oğurlamağa başlayanda da, onlar amerikalılarla tərəfdaşlıq edirdilər.

Məsələ pul və neftdir!

Tramp bu yaxınlarda özü bunu etiraf edib!

Bu heç də yeni deyil və olanların danışıqlarla əlaqəsi yoxdur...”

 

 

 

 

 

 

 

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR SİYASƏT XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system