NAMAZ VAXTLARI:
  • FƏCR 03:44
  • GÜN 05:22
  • ZÖHR 12:37
  • ŞAM 20:11
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

ABŞ məxfi planlar qurur: MKİ 140 İŞİD-çiyə saxta pasport verib

Oxundu: 165
ABŞ  məxfi planlar qurur: MKİ 140 İŞİD-çiyə saxta pasport verib

ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) 140 İŞİD-çiyə yeni saxta pasport verib.

İslaminSesi-nin verdiyi məlumata görə, bu haqda Türkiyənin "Yeni Şəfəq" qəzeti yazır.

 

Qəzetinin bildirdiyinə əsasən, ABŞ İŞİD-lə yeni sövdələşmə hazırlayır. MKİ indiyədək "Suriya demokratik qüvvələr"in (SDQ) nəzarətində olan düşərgələrdən təxminən iki minə yaxın İŞİD-çini dindirib və onlardan 140 nəfərinə saxta pasport paylayıb. Terrorçular ABŞ-ın yeni məxfi planı çərçivəsində yeni adlar, sənədlər və pasportlarla regiondan İraq ərazisindən çıxarılır.

 

MKİ Deyr-əz-Zor-un Kəsra, Buseyra, Əl-Ömər və Suvar kimi rayonlarını hərbi zona elan edib və mülki əhali üçün giriş-çıxışı bağlayıb. Pentaqonun mühafizə etdiyi zonalarda seçilmiş şəxslərin dindirilməsi keçirilir.

 

Burada sorğu-sual edilən döyüşçülərdən bəziləri SDQ nəzarətində olan Həsəkə, Əl-Hul və rukbə düşərgələrinə yox, MKİ-nin müəyyən etdiyi məxfi Əbu-Haşim toplama mərkəzinə göndərilir.

 

Bundan əlavə, dinc əhali ilə terrorçu kimi rəftar olunmasına ABŞ göz yumur.

 

Qəzetin məlumatına əsasən, təslim olanlardan bəziləri diri-diri yandırılıb, bəziləri də məhkəmə və istintaqsız edam edilib.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system