NAMAZ VAXTLARI:
  • FƏCR 05:07
  • GÜN 06:27
  • ZÖHR 12:34
  • ŞAM 18:56
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:islaminsesi2015@gmail.com +994 70 4240255
HAVA PROQNOZU:

DÜNYA

Oxundu: 295
ABŞ məktəblərində şagirdlərin bir-birini qətlə yetirməsi haqda dəhşətli statistika

ABŞ məktəblərində şagirdlərin bir-birini qətlə yetirməsi haqda dəhşətli statistika

İslaminSesi.info

Ötən çərşənbə ABŞ-da yerli gəncin silahla məktəbə hücum edərək şagirdləri güllələməsi ilə daha bir dəhşətli hadisə baş verdi.  Bu hücum da digərləri kimi ölkə höküməti tərəfindən sadəcə olaraq qınanma ilə ötüşdürüldü və bu kimi halların konkret olaraq qarşısının alınması üzrə heç bir önləyici tədbir görülmədi. ABŞ məktəblərində şagirdlərin müxtəlif səbəblər üzündən bir birilərini güllələməsi hadisəsi hər dəfə baş verəndə ölkədə silah satışının qanuni olması problemi qabardılır və bunun qadağan edilməsinə çağırılır. Lakin yerli Vaşinqton hakimiyyəti hər dəfə müxtəlif arqumentlər səsləndirərək silah satışını qadağan etmir.

 

Amerika mediasında son hücumu törədən 19 yaşlı gənc Nikolas Kruzun da bu cinayəti törətdiyi AR-15 markalı silahını qanuni yolla əldə etməsi açıqlanıb və təsdiq olunub. Media tərəfindən həmçinin ABŞ məktəblərində şagrdlərin bir-birini güllələməsi statistikası da açıqlanıb. Və statistikaya görə, bu kimi hadisələr 2018-ci ilin əvvəlindən bər sayca 18-cidir, 2012-ci ildən indiyə kimi bu kimi atışmalarda 1700 məktəbli öldürülüb. Aşağıdakı şəkildə hadisə yerləri üzrə ölü sayları əks olunub.

 

 

Daha bir məlumata görə, ABŞ kütləvi atışmalara görə dünya atışmalarının 31 faizini təşkil edir. Və Bu məntiq nəzərə alınanda ki, Tramp administrasiyası ölkə ərazisinə müsəlman ölkələrinin, həmçinin Meksika, Haiti, AFrika ölkələri və s. yerlərdən olan vətəndaşların daxil olmalarından narahatdır və bu, ABŞ-ın milli tıhlükəsizliyinə hədədir, onda digər ölkələr də ABŞ-ın kütləvi atışmalar üzrə 31 faizlik göstəricisini nəzərə almaqla öz ərazilərinə amerikalı vətəndaşların gəlməsindən narahatlıq hissi keçirməlidir.

 

Bütün bu rəqəmlər və fikirlər son Forida qatili hadisəsi ilə bağlı bir daha gündəmə gəlib və görünən odur ki, hər belə hadisələr baş verəndə "qurbanlara dua edin", "dua edirik", "sizin yanınızdayıq" kimi sözlərlə yola verilən oxşar cinayətlər yenə də baş verəcək.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system