ABŞ-la savaşa hazırlıq: Rus gəmiləri zəif nöqtələri tapdı

Oxundu: 83
ABŞ-la savaşa hazırlıq: Rus gəmiləri zəif nöqtələri tapdı

Rusiya kəşfiyyatı İrlandiyada fəaliyyətini aktivləşdirib.

Bu məlumatı “Sandey Tayms” yayıb. Məlumata görə, Moskva İrlandiyanı ABŞ-la potensial konflikt halında kəşfiyyat fəaliyyəti üçün baza kimi istifadə etməyi nəzərdən keçirir.

 

Rusiya xüsusi xidmət orqanlarının, özəlliklə, ABŞ-la Avropa arasındakı sualtı kabelləri nəzərdən keçirdiyi vurğulanıb. Belə ki, məhz İrlandiyadan Transatlantik rəqəmsal magistralın sualtı hissəsinin start götürdüyü qeyd edilib:


“Rusiyanın sualtı və hərbi gəmiləri bu infrastrukturu Atlantik okeanında artıq tədqiq ediblər. İranlandiya Rusiya Baş Kəşfiyyat İdarəsi casuslarının kabelin keçdiyi zəif yerləri müəyyən edib konflikt halında onları kəsə biləcəyindən narahatdır”./axar.az/

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR SİYASƏT XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system