ABŞ-la Rusiya arasında daha bir viza qalmaqalı

Oxundu: 108
ABŞ-la Rusiya arasında daha bir viza qalmaqalı

ABŞ hökuməti Rusiyanın Federal Xəzinədarlığının nümayəndə heyətinə dekabrın 3-də audit konfransında iştirak etmək üçün giriş vizaları verməyib.

İslaminSesi-nin“İnterfaks”a istinadən verdiyi xəbərə görə, bu barədə Rusiyanın Vaşinqtondakı səfirliyi məlumat yayıb.

 

“Az öncə Beynəlxalq Audit Peşə Tənzimlənməsi İnstitutunun konfransında iştirak etmək üçün dekabrın 3-də Vaşinqtona gəlməli olan Federal Xəzinədarlığımızın nümayəndə heyəti viza almadı”, -deyə Rusiya diplomatik nümayəndəliyinin bəyanatında deyilir. 

 

Qeyd olunur ki, Dövlət Departamenti 28-29 noyabr tarixlərində Rusiya Xarici İşlər Nazirliyinin Xaricdəki Həmvətənlərlə İş Departamentinin direktoru Oleq  Malqinovun Nyu-Yorka Gənclər Forumuna getməsinin də qarşısını alıb./“Qafqazinfo”/

 

 

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR SİYASƏT XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system