NAMAZ VAXTLARI:
  • FƏCR 04:25
  • GÜN 05:54
  • ZÖHR 12:45
  • ŞAM 19:52
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

DÜNYA

Oxundu: 374
ABŞ kürdlərin YPG birləşməsi üçün 550 milyonluq büdcə ayırıb

ABŞ kürdlərin YPG birləşməsi üçün 550 milyonluq büdcə ayırıb

İslaminSesi.inin Anadolu-ya istinadla verdiyi məlumata görə, ABŞ Müdafiə Nazirliyi (Pentaqon) 2019-ci il üçün hazırlanan büdcə layihəsində Suriyadakı YPG-SDQ (2013-cü ildə yaradılam PYD kürd artiyasının silahlı qolları) qüvvələrinin təlimlərinə 300 milyon, yaratmaöğa çalışdığı "sərhəd təhlükəsizlik qüvvələri"nə isə 250 milyon dollar yardım vəsaiti ayırıb.

Bu yardım məbləği ümumilikdə 550 milyon dollar təşkil edəcək. 

 

Qeyd edək ki, ABŞ ordusunun 2018-ci il üçün PYD-YPG qüvvələrinə ayrıdğı hərbi yardımların ümumi məbləği 500 milyon dolardır. Yardımlar İŞİD terror qruplaşmmasına qarşı mübvarizə bəhanəsi ilə edilir.

 

Pentaqonun İraqda Peşmərgə kürd qüvvələri və İraq ordusun təlimləri və təchizat yardımları üçün ayrılan vəsait 850 milyon dollardır. 

 

Bundan əlavə 2018-ci maliyyə ili üçün Pentaqon tərəfindən hazırlanan ilk layihədə ümumi büdcə 606 milyard dollar tələb edilib, 2019-cu maliyyə ili üçün tələb olunan rəqəm isə 80 milyard dollar artırılaraq 686 milyard dollara çıxarılıb. Konqres tərəfindən isə ölkənin 2018-ci maliyyə ili müdafiə büdcəsi yekunda 692 milyard dollara çıxarılıb.

Pentaqon "müharibə fondu" kimi tanınan "Ehtimal olunan Xarici Əməliyyatlar Fondu" üçün 2019cu il maliyyə ili tələbini 23,2 milyard dollar artıraraq 65,8 milyard dollardan 89 milyard dollara çıxarıb.

 

Xüsusilə də Rusiyanın Şərqi Avropadakı təhdidinə qarşı 2018-ci maliyyə ili üçün 4,8 milyard dollara, 2019-cu maliyyə ili üçün isə 1,7 milyard dollar artırılaraq 6,5 milyard dollara çıxarılıb.

 

ABŞ-ın Əfqanıstandakı qüvvələrinə ayrılan büdcə isə 2018-ci maliyyə ili üçün 5,2 milyard dollar təşkil edib.

 

2019-cu maliyyə ili müdafiə büdcəsinin tələb layihəsində diqqət çəkən digər bir məqam da ölkə xaricindəki baza ehtiyacları üçün ilk dəfə 17,4 milyard dollar vəsaitin ayrılması olub.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system