ABŞ Konqresinin üç üzvü Qarabağa soxulmağa hazırlaşır

Oxundu: 241
ABŞ Konqresinin üç üzvü Qarabağa soxulmağa hazırlaşır

İşğalçılara 4 milyon dollarlıq xüsusi avdanlıq verilir?

ABŞ Konqresinin Nümayəndələr palatasının ermənilərə qulluq edən üç üzvü-Ceki Spir-Kançelyan, Cudi Çu və Frenk Pallone Ermənistana oktyabrın 1-də nəzərdə tutulmuş bir həftəlik səfərləri çərçivəsində o cümlədən işğal altındakı Dağlıq Qarabağa baş çəkməyə hazırlaşır.

 

İslaminSesi xəbər verir ki, bu haqda konqresmen Cudi Çi Konqresdə Amerika Erməni Assambleyası tərəfindən təşkil edilmiş tədbir zamanı deyib.

 

 

Cudi Çi konqresmenlər Ed Roys və Frenk Engel tərəfindən bir neçə il əvvəl irəli sürülən, guya təmas xəttində gərginliyi azaltmağa hesablanan və Azərbaycanın rədd etdiyi təkliflərin dəstəklənməsi üçün Dağlıq Qarabağdakı qondarma rejimə 4 milyon dollar ayrılması təşəbbüsünün müəllifidir. Həmin təşəbbüs bir ay əvvəl Nümayəndələr palatasında səs çoxluğu ilə qəbul edilib. Roys-Engel təşəbbüsünə əsasən təmas xəttindən snayperlər və ağır silahlar geri çəkilməli, atəşkəsin monitorinqini aparan müşahidəçilərin sayı artırılması, təmas xəttinə hər hansı yeni silahların yerləşdirilməsindən imtina edilməlidir.

 

 

Konqresmen Cudi Çinin təşəbbüsünə əsasən həmin 4 milyon dollar təmas xətti boyu  xüsusi avadanlıqların yerləşdirilməsinə sərf olunmalıdır ki, atəşkəs rejimini kimin pozduğunu müəyyənləşdirməyə kömək etsin. Yəni söhbət əslində ermənilərə videomüşahidə qurğularının, teplovizorların alınıb verilməsindən gedir ki, işğalçı qüvvələrin belə qurğulara son illərə qədər çox ciddi ehtiyacı vardı.

 

Konqresmen Cudi Çi habelə Dağlıq Qarabağdakı qondarma rejimə 6 milyon dollar birbaşa ABŞ yardımının ayrılmasına çalışır.

 

Konqresmen Frenk Pallone isə deyib ki, Ermənistana “məxməri inqilabdan” sonra ilk səfərləri olacaq və burada məqsəd yeni hökumətə dəstək verməkdir.

 

 

Ermənipərəst Pallonenin sözlərinə görə, Dövlət Departamenti onlara səfər zamanı Dağlıq Qarabağa baş çəkməkdən çəkinməyi tövsiyə edib.Amma nümayəndə heyəti bu səfəri etməyi qərara alıb.

/Virtualaz.org/

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR SİYASƏT XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system