NAMAZ VAXTLARI:
  • FƏCR 03:23
  • GÜN 05:11
  • ZÖHR 12:43
  • ŞAM 20:34
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

DÜNYA

Oxundu: 210
ABŞ koalisiyası etiraf edib: Son aydakı hava zərbələrimizdə 116 mülki şəxs ölüb

ABŞ koalisiyası etiraf edib: Son aydakı hava zərbələrimizdə 116 mülki şəxs ölüb

“2018-ci ilin birinci ayında Suriya və İraqda apardığımız əməliyyatlar zamanı 116 mülki şəxs həyatını itirib”

İslaminSesi.info FarsNews-a istinadla xəbər verir ki, bu barədə mərkəzi İraqda yerləşən “ABŞ-ın İŞİD-ə qarşı koalisiyası”nın bəyanatında deyilir.

 

Bəyanatda etiraf edilib ki, “İraq və Suriyada İŞİD-ə qarşı əməliyyatlar başlayandan indiyədək hava zərbələri zamanı 841 mülki şəxs həlak olub.”

 

ABŞ-ın koalisiyası bu bəyanatda İraq və Suriyanın böyük əksəriyyətinin onların vasitəsilə azad edildiyini bildirib, halbuki əksər ərazilər iki ölkənin orduları və Haşdu-Şabi tərəfindən azad edilib.

 

Qeyd edək ki, koalisiyasını hava zərbələri nəticəsində ölən mülki şəxslərin yuxarıda qeyd edilən statistikası ABŞ-ın özünün göstərdiyi rəqəmlərdir. ABŞ höküməti İraq və Suriyada öldürdüyünü etiraf etdiyi bu şəxslərin kompensasiyası haqda da faktiki addım atmayıb. Eyni zamanda onu da qeyd etmək lazımdır ki, ABŞ koalisiyasının öldürdüyü İraqlı və Suriyalıların sayı qeyd edilən rəqəmdən bir neçə dəfə artıqdır.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system