ABŞ kəşfiyyatı: “Rusiya yenə Trampın prezident seçilməsinə kömək edəcək”

Oxundu: 73
ABŞ kəşfiyyatı: “Rusiya yenə Trampın prezident seçilməsinə kömək edəcək”

ABŞ kəşfiyyat idarəsinin nümayəndələri Nümayəndələr Palatasında keçirdiyi brifinq zamanı Rusiyanın Donald Trampın yenidən seçilməsi üçün 2020-ci il prezident seçkilərinə müdaxilə etdiyini bildirib.

Bu barədə "Nyu York Tayms” qəzeti beş informasiya mənbəsinə istinadən məlumat yayıb.

 

Qeyd edildiyi kimi, brifinq fevralın 13-də keçirilib və ertəsi gün Tramp bir neçə gün sonra işdən çıxaracağı milli kəşfiyyat direktoru Cozef Maquayranı tənqid edib. Nəşrin dəqiqləşdirməsinə görə, Ağ Ev rəhbəri Demokrat-konqresmenlərin əldə olunmuş məlumatlardan ona qarşı yararlana biləcəyinə inanır.

 

Çərşənbə günü Amerika lideri milli kəşfiyyat direktoru vəzifəsini ABŞ-ın Almaniyadakı səfiri Riçard Qrenellin tutacağını deyib. Eyni zamanda, idarədəki iki mənbə, Maquayranın işindən azad edilməsi və Trampı narazı salan brifinqin təsadüfən üst-üstə düşdüyünə inandıqlarını bildirib./Qaynarinfo/

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR SİYASƏT XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system