ABŞ İraqın Haşd-Şabi qüvvələrinin bəzi rəhbərlərinə sanksiya tətbiq edib

Oxundu: 99
ABŞ İraqın Haşd-Şabi qüvvələrinin bəzi rəhbərlərinə sanksiya tətbiq edib

ABŞ İraqda İŞİD-lə döyüş məqsədilə yaradılmış Xalq Səfərbər Qüvvələrinin bir neçə rəhbər və komandirinə sanksiya tətbiq edib.

İslaminSesi Sumariya Agentliyinə istinadla xəbər verir ki, bu barədə ABŞ Xəzinədarlıq Departamenti bəyanat verib.

 

Bildirilib ki, ABŞ hökuməti Haşd-Şabi -nin "Əsaib Əhlil-Haqq" briqadasının lideri Şeyx Qeys Xəzəli, onun qardaşı Leys Xəzəli, Haşd-Şabi -nin digər komandiri Hüseyn Faleh əl-Lami və digər bir şəxsə sanksiya tətbiq edilib.

 

ABŞ iddia edib ki, sanksiya tətbiq edilən şəxslər İraqda keçirilən aksiyalara qarşı zorakı addımlar atıblar.

 

Qeyd edək ki, İraqın Haşd Şabi qüvvələri bir neçə dəfə bəyanat yayaraq, etirazlarla bağlı məsələlərə müdaxilə etmək niyyətində olmadıqlarını bildiriblər.SalamNews 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system