ABŞ İrana qarşı sanksiyaların ləğvi şərtlərini açıqladı

Oxundu: 444
ABŞ İrana qarşı sanksiyaların ləğvi şərtlərini açıqladı

ABŞ yalnız yeni və hərtərəfli saziş imzalanacağı təqdirdə İrana qarşı sanksiyaları ləğv etməyə hazırdır.

 

İslaminSesi Modern.az-a istinadən  xəbər verir ki, bunu ABŞ-ın İran üzrə xüsusi nümayəndəsi Brayan Huk deyib.

O bildirib ki, yeni saziş həqiqətən də hərtərəfli olmalı, nüvə problemi, ballistik raket problemi və insan haqları ilə bağlı məsələləri əhatə etməlidir:

“Yalnız bu halda ABŞ tamamilə sanksiyaları ləğv edə və İranla diplomatik münasibətləri bərpa edə bilər”.

Nümayəndənin sözlərinə görə, hazırda isə Vaşinqton Tehrana iqtisadi təzyiqi davam etdirəcək.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR SİYASƏT XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system